Latviyanin-Riqa-seherinde-Riga-Food-2025-sergisinde-Mors-Trading-ve-Azersun-Holdinq-olaraq-istirak-etdik

Latviyanın Riqa şəhərində Riga Food 2025 sərgisində Mors Trading və Azərsun Holdinq olaraq iştirak etdik.

2025-ci ilin 4–6 sentyabr tarixlərində Latviyanın Riqa şəhərində keçirilən “Riga Food 2025” sərgisində Azərsun Holdinq və Mors Trading olaraq iştirak etdik.

Sərgidə “Azərsun Holdinq” şirkətlər qrupuna aid fabrik və zavodlarda istehsal edilmiş məhsulların, çay, mürəbbə, kompot, limonad, nar şirəsi, turşu məhsulları, digər tərəvəz konservləri, yağ məhsulları, sous məhsulları, şokolad məhsulları və digər çeşidlərin nümayişini həyata keçirdik.

Sərgi zamanı bir çox məhsullarımızın dequstasiyasını təşkil etdik. Əsasən çay, kompot, nar şirəsi, limonad və mürəbbə məhsullarımızın dequstasiyası keçirildi. Məhsullarımız keyfiyyəti, dadı və geniş çeşidliliyi ilə sərgiyə gələn hər kəs tərəfindən bəyənildi.

Həmçinin sərgiyə gələn və məhsullarımızla maraqlanan digər şirkət nümayəndələri ilə bir sıra vacib iş görüşmələri keçirildi.

Digər xəbərlər

Bütün xəbərlər