2025-ci ilin 12-14 may tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən "Saudi Food Show 2025" sərgisində Azersun Holdinq, o cümlədən Mors Trading olaraq iştirak etdik. Sərgidə Azersun Holdinq Şirkətlər Qrupuna aid fabrik və zavodlarda istehsal edilmiş məhsulların, o cümlədən, çay, mürəbbə, kompot, limonad, nar şirəsi, turşu məhsulları, digər tərəvəz konservleri, yağ məhsulları, sous məhsulları, şokolad məhsulları və s. məhsullarımızın nümayişini həyata keçirdik.
Sərgi zamanı bir çox məhsullarımızın dequstasiyasını təşkil etdik. Əsasən çay, kompot, nar şirəsi, limonad və mürəbbə məhsullarımızın dequstasiyaları keçirilirdi. Məhsullarımız keyfiyyəti, dadı və geniş çeşidliliyi sərgiyə gələn hər kəs tərəfindən bəyənildi.
Həmçinin sərgiyə gələn və məhsullarımızla maraqlanan digər şirkət nümayəndələri ilə bir sıra vacib iş görüşmələrimiz oldu.